4 dəqiqədə 1,7 milyonluq qızıl oğurluğu

28.08.2026

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İspaniyanın Vilyena şəhərində muzeydən "Vilyena xəzinələri" kimi tanınan Tunc dövrünə aid qızıl kolleksiyası oğurlanıb. Bu barədə məlumat yayan “The Guardian” naməlum şəxslərin arxeologiya muzeyini qarət edərək kolleksiyadan 50-dən çox əşyanı oğurladığını açıqlayıb. “Vilyena muzeyində siqnalizasiya səhər saat 5:20 radələrində işə düşüb. Oğrular saat 5:24-də binanı tərk ediblər. Çox sürətli və çox peşəkar əməliyyat olub”, - şəhər şurasının nümayəndəsi bildirib. Şəhərin meri Fulgensio Serdan qeyd edib ki, oğurlanmış əşyalardakı qızılın dəyəri təxminən 1,7 milyon avro təşkil edib.

XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью