4 dərəcəyədək şaxta qeydə alınıb FAKTİKİ HAVA

10.01.2026

Icma.az xəbər verir, Sitat.info saytına əsaslanaraq.

Saat 10:00-a olan məlumatına əsasən ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur, dağlıq ərazilərdə- Xınalıq, Qrız, Qusar, Şahdağda qar yağır.

Bu barədə Sitat.info-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, düşən yağıntının miqdarı Qaxda 5, Şahbuzda 2, Ordubad, Balakən, Zaqatala, Quba, Göyçay, Şəkidə 1 mm-dir.
Hazırda bir sıra ərazilərdə şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 21, Qusar, Qubada 20, Mingəçevir, Naftalanda 18, Yardımlıda 16, Tovuz, Ağstafa, Astarada 15 m/s-dək güclənir.
Naxçıvan, Şərur, Culfa, Gəncə, Quba, Qusar, Göyçay, Sabirabadda duman müşahidə olunur, görünüş məsafəsi 500 metrədək məhdudlaşır.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 8, Aran rayonlarında 4 dərəcəyədək isti, Naxçıvan MR-da 6, dağlıq rayonlarda 4 dərəcəyədək şaxta qeydə alınıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью