4 ərazidə təmir bərpa işləri başa çatdırıldı

20.04.2026

Icma.az bildirir, Yeniavaz saytına əsaslanaraq.


Vətəndaşlar üçün daha rahat və təhlükəsiz hərəkət şəraitinin təmin edilməsi məqsədilə təxirəsalınmaz təmir-bərpa işləri davam etdirilir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
Bildirilib ki, gündəlik həyata minimum maneə yaratmaq üçün təmir işləri əsasən istirahət günlərində həyata keçirilib.
İşlərin vaxtında yekunlaşdırılması məqsədilə həftəsonu 24 saat fasiləsiz iş rejimi təşkil olunub.
Təmir prosesi zamanı nəqliyyatın hərəkətinə minimum maneə yaradılması üçün bütün zəruri tədbirlər görülüb.
Nəticədə 4 ərazidə təmir-bərpa işləri uğurla başa çatdırılıb:
1. R. Behbudov küçəsi (Ş. Bədəlbəyli küçəsindən A. A. Bakıxanov küçəsinə qədər olan hissə);
2. Z. Bünyadov prospekti (M. Nərimanov küçəsindən X. R. Ulutürk küçəsinə qədər);
3. A. M. Şərifzadə küçəsi (Ə. Əhmədov küçəsindən A. Abbasov küçəsinə qədər olan hissə);
4. Bakı Dairəvi yolundan “Meyvəli Ticarət Mərkəzi”nə gedən yol.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью