4 fevral Xərçənglə mübarizə günü Bu 5 qrup insan təhlükədədir

04.02.2025

Medicina saytından verilən məlumata görə, Icma.az xəbər verir.


Hər il 4 fevral dünyada Xərçənglə mübarizə günüdür və bu xəstəliklə bağlı profilaktik tədbirlər, maarifləndirmə işləri artırılır.

5 qrup insan var ki, onlarda onkoloji xəstəliklər daha çox aşkarlanır.

“Medicina” xəbər verir ki, onkoloq İqor Vixlyanov bu qrupları açıqlayıb.

“ 1-ci qrup- yaşlı insanlardır. 60 yaşlara doğru orqanizmdə kritik həddə təhlükəli hüceyrə mutasiyaları ola bilər.

Yaşlılarda daha çox mədə, bağırsaq, ağciyər, prostat, qadınlarda ginekoloji şişlər olur.

2-ci qrup qan qohumluğu olanlar, yaxın ailə üzvlərində xərçəng olanlar. Bİr çox şiş növləri genetik təsir edir.

III qrup – piylənməsi olanlar, diabet xəstələri. Bu insnalarda daxili iltihab güclü olduğu üçün bədxassəli proseslər ola bilər

IV qrup – zərərli vərdişləri olanlar. Alkoqol və siqaret qaraciyər, mədə, qida borusu, burun, ağciyər xərçənginə səbəb ola bilər.

V qrup – zərərli işdə və istehsalatda işləyənlər. Bəzi kimyəvi maddələr, şüa və radiasiya mutasiyalar yaradır.

Bunlar mebel hazırlayanlar, sexlərdə işləyənlər, kimyəvi maddələrin buxarlanmasını udanlardır”.



Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью