4 gənc qəza edən avtomobildə yanaraq öldü VİDEO

13.12.2024

Sonxeber.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

4 gənc qəza edən avtomobildə yanaraq öldü - VİDEO

Ədirnədə qəza edən avtomobildə olan 4 nəfər yanaraq ölüb.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, hadisə Ədirnənin Cənub Dairəvi yolunda baş verib. Dairəvi yolda hərəkətdə olan qadın sürücünün idarə avtomobil divara çırpılıb. Saniyələr içində alovlanan avtomobildə olan 2 qadın və 20 yaşlarında iki kişi avtomobildən çıxa bilmədikləri üçün yanaraq ölüblər.

Məlumat verildikdən sonra hadisə yerinə təcili tibbi yardım, yanğınsöndürmə briqadası və polis qrupu göndərilib.

Hadisə yerinə gələn yanğınsöndürənlər yanğını söndürüb. Vəfat edən gənclərin meyitləri tibbi ekspertizaya aparılıb.

Qəzada həyatını itirənlərin kimliyi hələ müəyyən edilməyib. Faktla bağlı araşdırmalar davam edir.


Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью