4 gün sonra vəfat etdi...

30.05.2025

Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ağsuda yol qəzasında xəsarət alan şəxs xəstəxanada vəfat edib.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, 1992-ci il təvəllüdlü Ramin Abdullayevin idarə etdiyi “Mercedes” markalı avtomobil mayın 25-də yoldan çıxaraq aşıb.

R.Abdullayev aldığı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Ağsu Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilsə də, mayın 29-da vəfat edib.

Fakta görə cinayət işi başlanıb, istintaq aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью