4 gündən sonra Zabratdakı su xətti təmir olundu VİDEO

24.02.2026

Icma.az bildirir, Lent az portalına istinadən.

Zabrat qəsəbəsindəki su xəttində qəza aradan qaldırılıb.

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən Lent.az-a bildirilib ki, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Molla Vəli Vidadi küçəsində diametri 560 millimetr olan içməli su xəttində qəza hadisəsi qeydə alınan kimi əraziyə müvafiq rayon sukanal idarəsinin qəza briqadası cəlb edilib. Su xəttində ilkin olaraq qaynaq işləri aparılmaqla qəza aradan qaldırılıb.

Hazırda bütün istiqamətlər üzrə təmir-bərpa işləri yekunlaşıb və suyun verilməsi bərpa edilib. 

Bildirilib ki, bəzi ərazilərdə əhali tərəfindən primitiv çəkilən xətlər standardlara cavab vermədiyi üçün hidravlik rejimin bərpası vaxt tələb edir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью