Axar.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bələdiyyələrimiz korrupsiyanın, ədalətsizliyin tərəfində olmayacaq, onlar nəyin doğru, nəyin halal, nəyin haram olduğunu bilə-bilə xalqına xidmət edəcək.
Axar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“4 gündür müxalifət xalqı bir-birinə qarşı çıxarmaq üçün əllərindən gələni edirlər", - Ərdoğan bildirib.
Ərdoğan qeyd edib ki, Türkiyədə heç kim qanun çərçivəsindən kənarda deyil.
Qeyd edək ki, İstanbul BB sədri Əkrəm İmamoğlunun saxlanılmasından sonra etiraz aksiyaları keçirilir.