4 günlük tətil OLACAQ

23.06.2025

Icma.az, Redaktor.az portalına istinadən məlumat yayır.

Bu həftədən etibarən 4 günlük tətil başlayır.

Redaktor.az xəbər verir ki, Baş nazirin iş və istirahət günlərinin ardıcıllığını təmin etmək üçün verdiyi qərarla 27 iyun iş günü ilə 21 iyun istirahət gününün yerləri dəyişdirilib.

Beləliklə, 21 iyun şənbə günü olsa da, Azərbaycanda iş günü oldu.

Bu həftədən etibarən isə 26, 27, 28 (şənbə) və 29 (bazar) iyun tarixləri qeyri-iş günləri olacaq.

Qeyd edək ki, 26 iyun ölkəmizdə Silahlı Qüvvələr Günüdür.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью