4 il oxuyub xoşbəxtlik eksperti ola bilərsiniz YENİLİK | Icma.az
Cebheinfo saytına istinadən Icma.az xəbər verir. Nyu-Cersi ştatında kiçik bir kollec olan Centenary University unikal proqramın başladığını
“Cebheinfo.az” xəbər verir ki, yeni proramən başladığını ABŞ-nin Nyu-Cersi ştatında kiçik bir kollec olan Centenary University elan edib.
Dörd illik proqram tamamilə virtualdır, rifah və psixi sağlamlıq sahəsində ekspertlər hazırlamaq məqsədi daşıyır.
Proqramın direktoru və Pozitiv Psixologiya və Liderlik Psixologiyası kursları ilə tanınan keçmiş Harvard professoru Tal Ben-Şahar deyib: "Əvvəllər heç vaxt buna indiki qədər böyük ehtiyac olmayıb.
Biz dünyada narahatlıq, depressiya, tənhalıq və həyatdan ümumi narazılığın artdığını müşahidə edirir, təkcə böyüklərdə deyil, uşaqlarda və yeniyetmələrdə də artır”.
Onun sözlərinə görə, proqramın məzunları müxtəlif sahələrdə işləyə biləcəklər: şirkətlərdən və QHT-lərdən tutmuş dövlət qurumlarına qədər rifah üzrə ekspertlər, siyasət məsləhətçiləri, tədqiqatçılar, müəllimlər və məsləhətçilər tələb olunacaq.
Bu proqram 2022-ci ildə başladılan "xoşbəxtlik tədqiqatları" üzrə unikal magistr proqramına əsaslanır.
O, artıq ABŞ, Braziliya, Hindistan, İsrail, Yaponiya və Cənubi Afrikadan olan tələbələri cəlb edib. Ötən il 13 ölkədən 87 tələbə məzun olub.
Tam oxu
Xəbəri oxu