Icma.az, 525.az portalına istinadən məlumat yayır.
2022-ci ildən bu yana Ukraynada müttəfiqlər tərəfindən verilmiş 780 min 465 silah və hərbi sursat yoxa çıxıb.
525.az xəbər verir ki, bu barədə İtaliyada nəşr olunan "Il Fatto Quotidiano" qəzetində dərc olunan məqalədə bildirilir.
Təkcə bu il 149 min silah-sursatın itdiyi və ya oğurlandığı məlumdur. İtkilər əsasən Nikolayevsk, Kiyevsk və Donetsk vilayətlərində gerçəkləşib.
Məqalədə oğurlanmış arsenalın Avropanın qara bazarına satıldığı, cinayətkar qruplaşmaların bu silahlara, əsas da PUA-lara ciddi maraq göstərdiyi də qeyd olunur.
L.Tağıyeva