Olay.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Müğənni Sabrina Karpenterın “Spotify Global” siyahısında təxminən dörd ildir davam edən mövcudluğu sona çatıb.
OLAY yazır ki, artıq müğənninin gündəlik ən çox dinlənilən 200 mahnı arasında heç bir ifası yer almır.
“Espresso” mahnısı ilə 2024-cü ildə “Spotify”da dünya üzrə ən çox dinlənilən mahnıya imza atan Karpenter, “Please Please Please” və “Manchild” hitləri ilə də gündəlik qlobal siyahıda birinci olmuşdu. Son yenilənmədən sonra isə bu mahnıların hamısı ilk 200-lükdən kənarda qalıb.