4 illik atəşkəsə son qoyuldu husilər hərəkətə keçdi

14.07.2026

Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Yəməndə fəaliyyət göstərən husilər Səudiyyə Ərəbistanının cənubunda yerləşən Əbha hava limanına raket hücumu həyata keçirdiklərini bəyan ediblər.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, husilər bu addımı Sənə hava limanının bombalanmasına cavab kimi qiymətləndiriblər.

Səudiyyə Ərəbistanı rəsmiləri isə raketlərin hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirildiyini açıqlayıblar.

Məlumata görə, bu, 2022-ci ildən bəri husilərin Səudiyyə Ərəbistanına qarşı həyata keçirdiyi ilk belə hücumdur. Hadisə son dörd ildə qüvvədə olan qeyri-rəsmi atəşkəsin taleyi ilə bağlı narahatlıqları artırıb və Yəmən münaqişəsinin yenidən alovlanması riskini gündəmə gətirib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью