4 kənd təcili boşaldıldı Yanğın genişlənir

16.07.2025

Milli.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Türkiyənin Tekirdağ vilayətinin Şarköy rayonunda başlayan meşə yanğını genişlənərək Çanaqqalanın Gelibolu rayonuna keçib.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, təhlükənin artması səbəbilə Şarköy, Şenköy, Kızılcaterzi və Kocalı kəndlərində ehtiyat tədbirləri görülüb.

Eyni zamanda Çanaqqalanın Ayvacık rayonuna bağlı Tuzla, Naldöken, Çamköy və Taşağıl kəndləri təhlükəsizlik məqsədilə boşaldılıb.

Hazırda yanğının söndürülməsi istiqamətində hava və quru qüvvələrinin iştirakı ilə intensiv işlər davam etdirilir.

Fidan
Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью