4 kişi gecə yeyib içidlər, səhər öldülər

22.02.2025

Icma.az, Azpost saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakının Sabunçu rayonunda 4 nəfərin meyiti tapılıb.

APA Lent.az-a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonunun Bakıxanov qəsəbəsində baş verib. İki qonşunun meyiti evlərində aşkar edilib. Araşdırmalar zamanı meyiti tapılanların ötən gecə başqa iki nəfərlə birlikdə yeyib-içdiyi məlum olub. Dərhal digər iki nəfərin evinə gedən əməliyyatçılar həmin şəxslərin də öldüyünü müəyyən ediblər.

Hadisə ilə bağlı istintaq qrupu yaradılıb. Dörd nəfərin ölüm səbəbi hələlik məlum deyil, müvafiq ekspertizalar təyin edilib.

Araşdırma gedir.

“TikTok”da izləyin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью