4 milyon avroluq OĞURLUQ

06.07.2026

Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Fransanın şərqində yerləşən Lalik Zərgərlik Muzeyindən təxminən 4 milyon avro dəyərində zinət əşyaları oğurlanıb.

Modern.az xəbər verir ki, bu barədə "Le Parisien" qəzeti istintaqa yaxın mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, oğurluq Fransanın Vinjen-sür-Moder kommunasında yerləşən muzeydə yerli vaxtla saat 05:30 radələrində baş verib.

Bildirilir ki, naməlum şəxslər binaya daxil olduqdan sonra birbaşa zərgərlik məmulatlarının nümayiş olunduğu zala keçərək təxminən 20 zinət əşyasını ələ keçiriblər.

İlkin hesablamalara əsasən, oğurlanan əşyaların ümumi dəyəri 4 milyon avroya yaxındır.

Hadisə zamanı təhlükəsizlik siqnalı işə düşsə də, oğruları saxlamaq mümkün olmayıb. Təhlükəsizlik xidməti hadisənin səbəbini araşdırarkən muzeyə gələn təmizlik işçisi vəziyyəti görərək polisə məlumat verib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью