Icma.az bildirir, Olke.az saytına əsaslanaraq.
Prezident Donald Trampın ABŞ-ın nüvə sınaqlarını bərpa edə biləcəyi ilə bağlı son açıqlaması ilə nüvə sınaqları təhlükəsi qlobal miqyasda yenidən aktuallaşaraq çox ciddi etiraza səbəb olub.
Ölkə.az xəbər verir ki, Nüvə Dövrü Sülh Fondunun prezidenti İvana Hyuz kimi ekspertlər Trampın nüvə sınaqlarını bərpa edə biləcəyi ilə bağlı addımını növbəti əsrdə baş verə biləcək nəticələri nəzərə alınmaqla həddindən artıq təhlükəli hadisə hesab edirlər.
Norveç Xalq Yardımı (NPA) tərəfindən dərc edilən yeni hesabatında 1945-2017-ci illər arasında aparılan 2400-dən çox nüvə sınağının dağıdıcı və davam edən təsirləri açıqlanıb.
Hesabatda keçmiş nüvə sınaqlarının davam edən qlobal təsirini ətraflı şəkildə əksini tapıb.
Hesabatda qeyd olunub ki, nüvə silahı sınaqlarından yaranan radioaktiv tullantılar nəticəsində 4 milyon vaxtından əvvəl ölümünə səbəb olub. Bu insanlar xərçəng və digər xəstəliklərdən nəticəsində ölüblər.
NPA-nın baş direktoru Raymond Johansen AFP-yə bildirib ki, keçmiş nüvə sınaqları bu gün də ölümlərə səbəb olmağa davam edir. Johansen ümid edir ki, yeni hesabat nüvə silahlarının bir daha sınaqdan keçirilməməsini və ya istifadə edilməməsini təmin etmək əzmini gücləndirəcək.
Mürtəza