4 milyon manat dəyərində qaçaqmal tutulub FOTOLAR

02.04.2025

Sia Az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bir ay ərzində dövlət sərhədində narkоtik vasitələrin qеyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 293 kiloqram 867 qram narkоtik vasitə, 4116 ədəd narkotik tərkibli güclü təsiredici vasitə hesab edilən həb aşkarlanaraq dövriyyədən çıxarılıb. Bu barədə SİA-ya Dövlət Sərhəd Xidmətindən məlumat verilib.

Bildirilib ki, qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə tədbirləri nəticəsində ümumi dəyəri 3 milyon 955 min 218 manat оlan qaçaqmal, о cümlədən dron, pnevmatik tapança və ona məxsus qırmalar, dərman vasitələri, pirotexniki vasitələr, spirtli içki və tütün məmulatları aşkar olunaraq götürülüb

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью