Demokrat.az saytına istinadən Icma.az xəbər verir.
Şəmkir rayonunda 31 yaşlı kişi həmyerlisinə xəsarət yetirməkdə ittiham olunub.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Şəmkir şəhəri, Siyavuş Sərxanlı küçəsində baş verib. 1995-ci il təvəllüdlü Aftandil yaşadığı evin həyətində tanışı Rabil İbrahimovun ondan almış olduğu xırdabuynuzlu heyvanların pulunun qaytarılması ilə bağlı yaranmış mübahisə zamanı yumruq zərbəsi ilə və həyətdən götürdüyü ağac parçası ilə baş, üz və bədəninin müxtəlif nahiyələrinə vurub.
Aftandilin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə izahat verən Aftandil ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Şəmkir şəhərində yaşayır:
“Zərərçəkmiş Rabil tanışımdır, əvvəllər aramızda ədavət, düşmənçilik olmayıb. Münasibətlərimiz normal olub. Rabil İbrahimov məndən 4000 manatlıq 30 baş xırdabuynuzlu heyvan aldı, pulun 1750 manat hissəsini verdi, qalanını isə bu ilin iyun ayının sonlarında verəcəyini bildirdi. Mən də razılaşdım”.
Təqsirləndirilən şəxs deyib ki, məlum hadisə günü, saat 15 radələrində yaşadığı evdə olarkən Rabil evin həyətinə gəlib və ondan almış olduğu heyvanları qaytarıb, pulunu geri istəyib:
“Mən həmin vaxt pulum olmadığını dedim və yaxın vaxtda pulu qaytaracağımı bildirdim. Rabil mənimlə mübahisə etdi, mübahisələrimiz davaya çevrildi. Mən də yumruqla və həyətdə yerdən götürdüyüm ağac parçası ilə onu vurdum”.
Təqsirləndirilən şəxs bildirib ki, sonradan əməlindən peşman olub, zərərçəkmiş şəxsdən üzrxahlıq edib, ona vurduğu ziyanı ödəyib, zərərçəkmiş şəxs də onunla barışıb.
Şəmkir Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib.
Fariz Məlikli
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın. Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Şəmkir şəhəri, Siyavuş Sərxanlı küçəsində baş verib. 1995-ci il təvəllüdlü Aftandil yaşadığı evin həyətində tanışı Rabil İbrahimovun ondan almış olduğu xırdabuynuzlu heyvanların pulunun qaytarılması ilə bağlı yaranmış mübahisə zamanı yumruq zərbəsi ilə və həyətdən götürdüyü ağac parçası ilə baş, üz və bədəninin müxtəlif nahiyələrinə vurub.