4 nəfər evdə diri diri yandı: 2 si uşaqdır

22.02.2025

Lent az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Rusiyanın Omsk vilayətində evdə baş verən yanğın ölümlə nəticələnib.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə İliçevka kəndində qeydə alınıb. Yanğın 4 nəfərin - iki uşaq və iki yeniyetmənin həyatına son qoyub.

Xilasedicilər binaya baxış keçirərkən 2 və 4 yaşlı uşaqların, həmçinin 17 və 19 yaşlı yeniyetmələrin meyitlərini aşkar ediblər. İlkin məlumatlara görə, yanğın zamanı uşaqların valideynləri evdə olmayıb.

Söndürmə işlərinə bir neçə yanğınsöndürmə texnikası cəlb olunub. Yanğın 64 kvadratmetr ərazini əhatə edib. Hadisənin səbəbi hələlik məlum deyil.

Qeyd edək ki, ötən gecə Astarada baş verən yanğın zamanı 2 uşaq ölüb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью