Olke.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Dünən “Neftçi”-“Qarabağ” oyunundan əvvəl hər iki komandanın azarkeşləri arasında insident yaşanıb.
Ölkə.Az xəbər verir ki, hadisə nəticəsində 4 nəfər saxlanılıb. Onlar ərazi üzrə Polis Şöbəsinə aparılıb.
Xatırladaq ki, "Forza Neftçi" və "İmarət" azarkeş qrupları arasında kütləvi dava baş verib.
Qeyd edək ki, "Neftçi Arena"dakı qarşılaşma Ağdam təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 1:0.
88-ci dəqiqədə Marko Yankoviç penaltini dəqiq yerinə yetirib.
"Köhlən atlar"ın heyətində Kevin Medina 22-ci dəqiqədə qırmızı vərəqə alaraq meydandan qovulub. Ağdam təmsilçisi hazırda 56 xalla liderdir.
"Ağ-qaralar" 24 xalla 6-cı pillədə qərarlaşıb. Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.