4 nəfəri aldadıb kartına pul köçürən Bakı sakini tutuldu

05.12.2024

Icma.az bildirir, News24 saytına əsaslanaraq.

Gəncə şəhər sakini olan 4 nəfəri aldadan şəxsin müxtəlif vaxtlarda 235, 100, 65 və 55 manat olmaqla onların ümumilikdə 455 manatını hesabına ödətdirərək ələ keçirməsi barədə polisə məlumatlar daxil olub.

Daxili İşlər Nazirliyindən News24.az-a verilən xəbərə görə, keçirilən əməliyyat tədbirləri ilə dələduzluq əməlində şübhəli bilinən Bakı şəhər sakini 33 yaşlı F.Şirəliyev Suraxanı RPİ 32-ci Polis Bölməsinin əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью