4 nəfərin öldüyü qəzadakı sürücü PTX əməkdaşı imiş Foto | Icma.az
Axar.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Xəbər verdiyimiz kimi, iyunun 5-i gecə saatlarında Qazax rayonu Əskipara kəndi ərazisində BMV markalı avtomobil ağır qəza törədib.
Qəza nəticəsində sürücü Ramal Vəliyev və avtomobildə olan 3 sərnişin — 1997-ci il təvəllüdlü Rafət Mahir oğlu Nəsirov, 2004-cü il təvəllüdlü Göyüş Fəxrəddin oğlu Nəbiyev və 2000-ci il təvəllüdlü Zaur Mahmud oğlu Əhmədov hadisə yerində həyatlarını itiriblər.
Axar.az Unikal.az-a istinadən xəbər verir ki, mərhum sürücü Ramal Vəliyev Prezidentin Təhlükəsizlik Xidmətində (PTX) baş çavuş rütbəsində xidmət edirdi.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu