4 ölkə humanitar yardımın Qəzza zolağına maneəsiz çatdırılması üçün çağırış edib

16.11.2026

Apa.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Böyük Britaniya, Avstraliya, Kanada və İtaliyanın xarici işlər nazirləri İsraili humanitar yardımın Qəzza zolağının bütün ərazilərinə dərhal və maneəsiz çatdırılmasına şərait yaratmağa çağırıblar.

APA xəbər verir ki, nazirlərin noyabrın 15-də yaydıqları birgə bəyanatda Qəzzada qışın başlaması ilə humanitar vəziyyətin ağırlaşdığı, son daşqınların əhalinin vəziyyətini daha da pisləşdirdiyi bildirilib.

Bəyanatda qeyd olunub ki, 150 min çadır və digər zəruri yardım ləvazimatı sərhəddə saxlanılır və onların Qəzzaya daxil olmasına imkan verilmir.

Nazirlər İsraili sərhəd-keçid məntəqələrini açmağa, çadırların və humanitar əməliyyatlar üçün zəruri məhsulların bölgəyə buraxılmasına çağırıblar.

Onlar, həmçinin bütün tərəfləri Qəzza üzrə hərtərəfli planı həyata keçirməyə, atəşkəsə və beynəlxalq humanitar hüquq çərçivəsində öhdəliklərə əməl etməyə çağırıblar.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью