4 qat Olimpiya çempionu insult keçirib İdman və Biz | Icma.az
Idman.biz portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Sovet və Rusiya xizəkçisi, 4 qat Olimpiya, 7 qat dünya çempionu Raisa Smetanina insult keçirib.
İdman.biz TASS-a istinadən xəbər verir ki, bu barədə Komi Respublikasının (Rusiya) Xizək Yarışları Federasiyasının rəhbəri Konstantin Sobyanin məlumat verib.
Smetanina reanimasiyaya yerləşdirilib. "O, təxminən bir həftə əvvəl insult keçirib, indi o, xəstəxanada reanimasiyadadır.
Başqa məlumatım yoxdur, həkimlər heç nə demirlər", - deyə Sobyanin bildirib. Qeyd edək ki, Smetaninanın 72 yaşı var.
İdman.biz Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu