4 ton çətənə kolu məhv edildi

26.06.2025

Unikal.az saytına istinadən Icma.az xəbər verir.

Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2025” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Nic qəsəbəsində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib.

"Unikal"ın məlumatına görə, ümumi çəkisi 4 ton olan 8000 ədəd çətənə kolu yandırılaraq məhv edilib.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью