4 uşaq anasını maşın vurub öldürdü Yenilənib

25.11.2025

Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakıda piyadanın ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə Binə qəsəbəsində qeydə alınıb.

36 yaşlı Şahnaz Zeynal qızı Zeynalova yolun qarşı tərəfinə keçərkən onu avtomobil vurub. Piyada aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində ölüb.

Qeyd edək ki, qəzada həlak olan qadın 4 azyaşlı uşaq anası olub.

***

Bakı şəhər DYP İdarəsindən sorğumuza cavab olaraq bildirildi ki, fakta görə cinayət işi başlanılıb. İstintaq tədbirləri həyata keçirilir.

Surxay Şahbazov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью