4 yaşlı Nəfəs məşhur pianoçunu valeh etdi VİDEO

24.11.2025

Olke.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Dünyaca tanınmış pianist Emil Reinert (Emilio Piano) azərbaycanlı uşaq influenser Nəfəs Hüseynova (Neafeas) ilə bağlı paylaşım edib.

Ölkə.az xəbər verir ki, o, bu barədə şəxsi “instagram” hesabında birlikdə çəkilmiş videonu yayımlayıb.

Bakıda səfərdə olan pianoçu bildirib ki, parkda pianoda ifa edərkən Nəfəs ona yaxınlaşıb:

"Bu gün Azərbaycanda parkda pianoda ifa edirdim. Şirin bir qız yanıma gəlib məndən "Pretty Little Baby" mahnısını ifa etməyimi istədi. Amma heç kim onun birdən-birə oxumağa başlayacağını gözləmirdi. Səsi çox gözəl və çox şirin idi. Sonradan öyrəndim ki, o, cəmi dörd yaşındadır və sosial mediada artıq çox populyardır", – deyə o, paylaşımında qeyd edib.

Qeyd edək ki, video qısa zamanda 4 milyon “like” toplayıb.

Həmidə İbrahimova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью