4 yaşlı qız quduzluqdan vəfat etdi

31.08.2026

525.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Türkiyədə 4 yaşlı qız quduzluqdan vəfat edib.

525.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, olay Diyarbakırın Sul rayonunda yaşanıb.

4 ay əvvəl küçə pişiyinin uşağın dodağını dişləməsi faciə ilə nəticələnib. Avqustun 10-da N.K-nın valideynləri övladlarının səhhətində problemlərin yarandığını görüb Diyarbakır Uşaq Xəstəlikləri xəstəxanasına müraciət ediblər. 3 gün sonra isə qızda quduzluğun olduğu aşkarlanıb. Müalicə olunan N.K. dünən vəfat edib.

Qeyd edək ki, quduzluq heç bir müalicəsi olmayan xəstəlikdir və bütün hallarda ölümlə nəticələnir.

L.Tağıyeva

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью