4 yaşlı qızı öldürən şəxs EDAM EDİLDİ

30.07.2025

Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

İranın Semnan vilayətində 4 yaşlı bir qız uşağını öldürməkdə təqsirli bilinən şəxs xalqın gözü önündə edam edildi.

"Cebheinfo.az" xəbər verir ki, İranın Semnan vilayət prokuroru Mühəmməd Sadıq Əkbəri qız uşağını öldürən şəxsin ictimai yerdə edam olunması barədə məlumat verib:

“Keçən il 4 yaşlı bir qız uşağını bıçaqlayaraq öldürməkdə ittiham edilərək həbs olunan 25 yaşlı şəxs edam cəzasına məhkum edilmişdi. Hüquqi prosesin tamamlanmasından sonra cəzası bu səhər ictimai yerdə icra edilib”.

İranlı rəsmi, həmin şəxsin eyni ailədən daha 9 nəfəri bıçaqla yaraladığını da qeyd edib.

Nigar Hacılı 
"Cebheinfo.az"

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью