Icma.az, Fanat saytına istinadən bildirir.
2-ci Liqanın 8-ci turunda "Ağdaş"ın qonağı olan "Xankəndi" rəqibinə böyük hesabla qalib gəlib. Qarabağ təmsilçisi rəqibini 4 cavabsız qolla yenərək liderliyini möhkəmləndirdi. "Xankəndi"nin türkiyəli baş məşqçisi İbrahim Uzunca ilə əlaqə saxlayıb matç barədə fikirlərini soruşduq.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"Rəqiblərimizin hamısına hörmətlə yanaşırıq. Hamısı bizimlə mübarizə aparmaq üçün əllərindən gələni edirlər. "Ağdaş"la matç da asan keçmədi. Ağır səfər idi. Rəqibi təbrik edirəm, 4:0-a baxmayaraq, sona qədər təslim olmadılar. İlk hissədə 3 qol vurduq, fasilədən sonra zədədən yeni dönən və az oyun təcrübəsi olan futbolçulara da şans vermək istədik. Qalibiyyətə ehtiyacımız var idi. İstənilən başqa nəticə bizi hədəfimizdən uzaq sala bilər. Çempionluğa matç-matç irəliləyirik. Qarşıda "Göygöl"lə oyunumuz var, artıq sabahdan o matça köklənəcəyik".