40 dəqiqə telefonla danışdılar

19.08.2025

Qafqazinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı baş tutub.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya liderinin köməkçisi Yuriy Uşakov məlumat yayıb.

Onun sözlərinə görə, telefon danışığı təxminən 40 dəqiqə davam edib.

Uşakov qeyd edib ki, Tramp Putini Vaşinqtonda Ağ Evdə Ukrayna lideri Volodimir Zelenski və Avropa liderləri ilə baş tutan danışıqlar barədə məlumatlandırıb.

Qeyd edilib ki, Tramp Putinlə söhbətində Rusiya-Ukrayna danışıqlarının birbaşa formatda davam etdirilməsinin tərəfdarı olduqlarını bildiriblər.

Hər iki lider Ukrayna böhranı və digər aktual məsələlər üzrə qarşılıqlı əlaqəni davam etdirmək barədə razılığa gəliblər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью