Axsham.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Əməkdar artist Sənubər İsgəndərli Xalq artisti Nurəddin Mehdixanlını yubileyi münasibətilə təbrik edib.
Axşam.az xəbər verir ki, aktrisa sosial şəbəkə hesabında aktyorla 40 il əvvəl başlayan dostluğundan söz açıb. O, ilk rolunda Nurəddin Mehdixanlının ona dəstək olduğunu və tərəf müqabili olduğunu qeyd edib:
“40 il əvvəl Nəriman Həsənzadənin “Kimin sualı var” tamaşasında mənim ilk rolum idi. Bu ilk addımımda mənə dəstək olanlardan biri, həm də tərəf müqabilim Nurəddin Mehdixanlı idi. 40 il... Bir ömrə sığan xatirələr... İllər ərzində çox şey dəyişdi, dəyişməyən bizim dostluğumuz oldu. Bu gün onun yubileyidir. Allahdan sənətkarımıza can sağlığı və mənalı ömür arzu edirəm!”.