40 il topladığı corablar onu dünya şöhrətinə qovuşdurdu

11.11.2026

Yenisabah saytından alınan məlumata görə, Icma.az bildirir.

ABŞ-də yaşayan keçmiş teleaparıcı Cim Donovan 1531 cüt corabla dünya rekorduna imza atıb.

“Yeni Sabah” xəbər verir ki, təxminən 40 il televiziya jurnalistikasında çalışan, “Emmi” mükafatı laureatı olan Donovana izləyiciləri daim corab göndəriblər.

Aparıcı kolleksiyasındakı ən sevimli nümunələri sosial şəbəkə hesabında paylaşmağa başlayıb.  Məişət texnikası

Donovanın sevimli corabları arasında səhər proqramında işlədiyi dövrdə ona hədiyyə edilən səhər yeməyi təsvirli nümunələr var. Aparıcının bəyəndiyi digər corablar arasında 2025-ci ilin yayında Cənubi Afrikanın Keyptaun şəhərindən aldığı qırmızı fil təsvirli corablar da yer alır.

Cim Donovanın dünya rekordlarına marağı uşaqlıq illərindən başlayıb. O, 8 yaşında olarkən ailəsi ona “Ginnesin Rekordlar Kitabı”nı hədiyyə edib. 

Əsmətxanım Rzazadə 


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью