40 kiloqram marixuananı götürməyə arvadı və uşağı ilə getdi

27.10.2026

Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakının Qaradağ rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda təqsirləndirilən 1986-cı il təvəllüdlü Mərdan adlı şəxsin məhkəməsində maraqlı faktlar üzə çıxıb.

Bakıvaxtı.az Xitab24.az-a istinadən xəbər verir ki, Mərdan istintaqa məlum olmayan şəxsin göndərdiyi 40 kiloqrama yaxın marixuananı götürmək üçün Qaradağ rayonuna həyat yoldaşı və azyaşlı övladı ilə gedib.

Məlum olub ki, Mərdanın ailə üzvləri ilə birlikdə Lökbatan ərazisinə getməkdə məqsədi şübhələri üzərindən yayındırmaq olub. O, gecə vaxtı küçədə ailəsi ilə görünəcəyi təqdirdə heç kimin ondan şübhələnməyəcəyini düşünüb.

Lakin onun bu planı baş tutmayıb. Mərdan İran vətəndaşının göndərdiyi narkotik vasitələrlə dolu kisələri götürərkən polis əməkdaşları tərəfindən saxlanılıb.

Mərdanın cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Neymət Məmmədovun sədrliyi ilə baxılıb. Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs məhkəmənin hökmü ilə səkkiz il müddətinə azadlıqdan məhrum edilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью