40 milyona yaxın siqaretin qanunsuz yollarla ölkəyə gətirilməsinin qarşısı alınıb

23.10.2025

Apa.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Cari ilin 9 ayı ərzində qanunsuz yollarla Azərbaycana gətirilməsinə cəhd göstərilən 39,9 milyon ədəddən çox siqaret aşkar edilib.

Bu barədə “APA-Economics”ə Dövlət Gömrük Komitəsindən bildirilib.

Məlumata görə, Dövlət Gömrük Komitəsi tərəfindən həyata keçirilən tədbirlər nəticəsində 2025-ci ilin 9 ayı ərzində aksiz markasız və ya digər qanunsuz yollarla ölkəyə gətirilməsinə cəhd göstərilən 1098,21 litr spirtli içki, 39 milyon 948 min 449 ədəd xaricdə istehsal olunan siqaret, 7 min 491 ədəd elektron siqaret, 1 milyon 57 min 931 ədəd saxta aksiz markaları və məcburi nişanlar, 1360 litrdən çox energetik içki aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью