Icma.az, Fanat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Everton" transfer pəncərəsinin son günündə böyük bir transeri gerçəkləşdirməyə çox yaxın olub.
Fanat.Az "TEAMtalk" portalına istinadən xəbər verir ki, Folarin Baloqun, Yoşua Zirkzee və Tammi Abraham transferləri boşa çıxdıqdan sonra "Everton" Tati Kastellanos üçün 40 milyon funt-sterlinqdən çox ödəniş etməyə hazır idi.
"Vest Hem" bu təklifi qəbul etsə də, pəncərənin son saatlarında əvəzedici tapa bilmədiyi üçün danışıqları dayandırıb.
Nəticədə bu transfer keçidi son dəqiqələrdə gerçəkləşməyib. Futbolçunun komandada qalması "Vest Hem"in hücum xəttindəki sabitliyini qoruyub.