Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
ABŞ-dan İrana qarşı növbəti hədələyici bəyanat verilib.
"Cebheinfo.az" xəbər verir ki, ABŞ-ın dövlət katibi Marko Rubio bildirib ki, “İranın raket mənzilində 40 min əsgərimiz var və müdafiə məqsədilə qabaqlayıcı zərbə endirə bilərik. Lakin bu, Trampın qərarından asılıdır”.
İranın xarici işlər naziri Abbas Əraqçi isə cavab olaraq, “İran istənilən hücuma qarşılıq verməyə hazır vəziyyətdədir”, - deyə qeyd edib.
Bundan əlavə, İranın ali dini lideri Ayətullah Əli Xameneyinin baş müşaviri Əli Şamxani bildirib ki, ABŞ-ın İrana hücum edəcəyi təqdirdə, ilk növbədə İsrail olmaqla bu hücumu dəstəkləyən hər bir ölkə hədəfə alınacaq:
“Məhdud hücum anlayışı bir illüziyadır. ABŞ-ın istənilən səviyyədə həyata keçirəcəyi hər hansı hərbi əməliyyat müharibənin başlanğıcı kimi qəbul ediləcək. Buna cavab isə dərhal, genişmiqyaslı və misli görünməmiş şəkildə – Tel-Əvivin mərkəzini və təcavüzkarı dəstəkləyən hər kəsi hədəf alan zərbə olacaq”.
ABŞ Prezidenti Donald Tramp isə İrana yönəlik son təhdidində bunları demişdi:
“İrana doğru böyük bir donanma irəliləyir. Sürətli şəkildə, böyük güc, qətiyyət və məqsədlə hərəkət edir. Venesuelaya göndəriləndən daha böyük olan bu donanmanın başında “Abraham Lincoln” adlı iri aviadaşıyıcı gəmi dayanır.
Venesuela nümunəsində olduğu kimi, lazım gələrsə, vəzifəsini sürət və sərtliklə yerinə yetirməyə hazır, istəkli və qadirdir. Ümid edirəm ki, İran tez bir zamanda “danışıqlar masasına əyləşər” və bütün tərəflər üçün ədalətli və balanslı bir razılaşma müzakirə edər”.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin