40 min manatlıq oğurluq edildi

28.04.2026

Unikal.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Abşeron rayonu ərazisində yerləşən evlərin birindən 40 min manat dəyərində inşaat materialları, kombi aparatı və avtomobil ehtiyat hissələri oğurlanıb.

Bu barədə "Unikal"a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər oğurluq və narkotiklə əlaqəli cinayətlərə görə məhkum olunmuş 38 yaşlı R.Mahmudov müəyyən edilərək saxlanılıb. Onun taladığı əşyaların bir qismini satdığı məlum olub.

Araşdırma aparılır.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью