40 min miqrant şəhərə soxuldu: Ordu yeridilir Video

31.07.2026

Axar.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

40 minə yaxın mərakeşli miqrant İspaniyanın Seuta şəhərinə soxulub.

Axar.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat verib.

Məlumata görə, rezin qayıqlar vasitəsilə sahilə çıxan mərakeşli miqrantlar quru maneələrini yararaq, şəhərə daxil olublar.

Şəhərdə iğtişaşların başladığı, hətta bəzi miqrantların sakinlərin evlərinə soxulmağa cəhd etdikləri bildirilir.

İspaniya hökuməti şəhərə ordu və xüsusi təyinatlı qüvvələri cəlb edib. Baş nazir Pedro Sançes hökumətin vəziyyəti mümkün qədər tez nəzarət altına almaq üçün bütün lazımi resursları səfərbər etdiyini bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью