40 nəfərin öldüyü barın sahibi girov müqabilində azadlığa buraxıldı

24.01.2026

Axar.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İsveçrə Məhkəməsi, yanvarın 1-də yanğın nəticəsində 40 nəfərin öldüyü Krans-Montana kurortunda bar sahibinin 200.000 frank (254.000 dollar) girov müqabilində azadlığa buraxılması barədə qərar qəbul edib.

Axar.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə məhkəmənin açıqlamasında bildirilib.

Bar sahibinin ölkədən çıxışı qadağandır. Onun bütün sənədləri prokurorluğa təqdim edilib və o, monitorinq üçün hər gün polis bölməsinə gəlməlidir.

Qeyd edək ki, yanvarın 1-nə keçən gecə İsveçrənin mərkəzindəki məşhur xizək kurortu Krans-Montanadakı Le Constellation barında yanğın baş verib. Nəticədə 40 nəfər ölüb, 116 nəfər yaralanıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью