40 tanker Hörmüz boğazından keçdi

23.08.2026

Axar.az saytına istinadən Icma.az xəbər verir.

Şənbə gününə keçən gecə təxminən 40 tanker Hörmüz boğazının cənubundan hər iki istiqamətdə keçib.

Axar.az xəbər verir ki, bu barədə “Axios”un müxbiri Barak Ravid ABŞ rəsmilərinə istinadən məlumat yayıb.

Məlumata görə, həmin tankerlərlə boğazdan təxminən 16 milyon barrel neft çıxarılıb.

Qeyd edək ki, son həftələrdə ABŞ rəsmiləri Hörmüz boğazından hər gecə təxminən 15-20 tankerin keçdiyini bildirirdilər. Yeni göstərici bu rəqəmdən əhəmiyyətli dərəcədə çoxdur.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью