Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq. Yaponiyalı mütəxəssislər 40 yaşdan sonra qarın piyindən xilas olmağın sadə və effektiv yolunu
Bir çox insan 40 yaşdan sonra qarın nahiyəsində şişkinlik problemi ilə üzləşir.
Maraqlıdır ki, bədən çəkisi normal olduğu halda belə, qarın əvvəlki illərlə müqayisədə daha çıxıq görünməyə başlayır.
Mütəxəssislərin fikrincə, bunun əsas səbəbi yalnız artıq kalori qəbulu deyil, dərin qarın əzələlərinin zəifləməsidir.
Oxu.Az xəbər verir ki, Yaponiyanın "Yoga Journal" nəşri qarın nahiyəsində piylənmənin əsas səbəbi kimi transvers (eninə) qarın əzələsinin tonusunun azalmasını göstərir.
Bu əzələ bədənin təbii "korseti" rolunu oynayaraq daxili orqanları düzgün mövqedə saxlayır.
Yaş artdıqca, xüsusilə 40 yaşdan sonra bu əzələnin tonusu zəifləyir və mütəmadi məşq edilmədikdə qarın vizual olaraq çıxmağa başlayır.
Ekspertlər vurğulayırlar ki, bu problemi yalnız pəhriz və piy yandırmaqla tam həll etmək mümkün deyil.