Footbal-plus saytından alınan məlumata görə, Icma.az bildirir.
Nəhayət, Eşli Yanq çoxdan gözlənilən qərarı verib. İngiltərə yığmasının sabiq futbolçusu karyerasını başa vurmaq qərarına gəlib.
“İpsviç”də çıxış edən 40 yaşlı müdafiəçi sosial şəbəkə hesabında mayın 2-də karyerasının sonuncu oyununa çıxacağını açıqlayıb. Komanda həmin gün çempionşipin 46-cı turunda “Kuinz Park Reyncers”lə qarşılaşacaq.
Eşli qərarı ilə bağlı belə deyib:
“Bu, yalnız uşaq yaşlarımda arzuladığım bir səyahət idi. Amma bu xəyalın bir sonu olmalıdı və şənbə günü peşəkar karyeramın sonuncu oyununa çıxacam...”
Qeyd edək ki, İngiltərə yığmasında 39 oyun keçirən və 7 qol vuran Yanq “Uotford”un yetirməsidi.
Peşəkar karyerasına 2003-cü ildə bu komandada başlayan futbolçu “Aston Villa”, “Mançester Yunayted”, “İnter” və “Everton”da da çıxış edib.