40 yaşlı hücumçunun 940 cı qolu

31.08.2025

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun portuqaliyalı hücumçusu Kriştianu Ronaldu peşəkar karyerasında 940-cı qolunu vurub.

Avqustun 29-da “Əl-Nəsr” Səudiyyə Ərəbistanı çempionatının ilk turunda “Əl-Taavun”u məğlub edib, oyun 5:0 hesabı ilə başa çatıb. 40 yaşlı forvard penaltidən fərqlənərək 940-cı qolunu vurub.

Ümumilikdə Ronaldunun “Real Madrid”də 450, “Mançester Yunayted”də 145, “Yuventus”da 101, “Əl-Nəsr”də isə 101 qolu var. Portuqaliyalı qalan qollarını Lissabonun “Sportinq” komandası və Portuqaliya millisinin heyətində vurub.

Qabil YUSİFOĞLU
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью