40 yaşlı kişi bıçaqlandı Şübhəli qonşusudur

09.10.2026

Qafqazinfo saytına istinadən Icma.az xəbər verir.

Samuxda bıçaqlanma hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, insident rayonun Kolayr kəndində qeydə alınıb.

40 yaşlı Anar Mehdiyev bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

İlkin məlumata görə, hadisə qonşular arasında mübahisə zəminində olub. Onun bıçaqlanmasında qonşusu 34 yaşlı Nəsib Qasımov şübhəli bilinir.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Yunis Quliyev

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью