40 yaşlı kişinin qulağından kəpənək çıxarıldı, təbiətə buraxıldı

12.07.2026

Sherg.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İstanbulda yaşayan 40 yaşlı kişi qulağında hərəkət hiss etdiyini bildirərək həkimə müraciət edib.

Sherg.az xəbər verir ki, müayinə zamanı həkimlər xəstənin qulağında canlı kəpənək aşkarlayıblar. Qulaq-burun-boğaz mütəxəssisi tərəfindən kəpənək xüsusi alətlə çıxarılıb.

Həkim bildirib ki, belə hallara nadir rast gəlinir. Xəstənin qulağından çıxarılan kəpənək canlı olduğu üçün sonradan təbiətə buraxılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью