Icma.az, Oxu.az saytına istinadən bildirir.
Milli Basketbol Assosiasiyasının (NBA) "Los-Anceles Leykers" basketbol komandasının heyətində çıxış edən amerikalı basketbolçu Lebron Ceyms peşəkar karyerasında - həm müntəzəm mövsüm, həm də pley-off oyunları nəzərə alınmaqla 50 002 xal toplayıb. Bununla da liqa tarixində 50 000 həddini keçən ilk basketbolçu olub.
Oxu.Az bu barədə "Çempionat"a istinadla xəbər verib.
Bildirilir ki, 40 yaşlı Ceyms liqada ən yaşlı oyunçudur.