Icma.az, Qol.az saytına istinadən bildirir.
40 yaşlı Milner 3 saat qaçdı
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
İngiltərə millisinin sabiq futbolçusu Ceyms Milner Nyu-York marafonunda iştirak edib.
QOL.az xarici KİV-lərə istinadən xəbər verir ki, 40 yaşlı veteran yarımmüdafiəçi 42,195 km məsafəni 3 saat 9 dəqiqə 4 saniyəyə qət edib.
Qeyd edək ki, Milner ötən yay futbolçu karyerasını başa vurub. O, “Nyukasl”, “Aston Villa”, “Mançester Siti”, “Liverpul”, “Brayton” və “Suindon”da çıxış edib.
İngiltərə Premyer Liqasında 658 oyun keçirən Milner bu baxımdan turnirin rekordçusudur. O, üç klubun heyətində ümumilikdə 13 titul qazanıb. Bunlardan 1-i “Nyukasl”, 5-i “Mançester Siti”, 7-si isə “Liverpul”la əldə edilib. İngiltərə millisində isə 61 matça çıxıb.