40 yaşlı Modriçlə müqavilə uzadılacaq

11.11.2025

Icma.az, Qol.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Milan” futbolçsu Luka Modriçi yeni mövsümdə də komandada saxlamaq istəyir.

QOL.az “La Gazzetta dello Sport”a istinadla xəbər verir ki, İtaliyalı klubu 40 yaşlı yarımmüdafiəçi ilə müqaviləni 2027-ci ilin yayına qədər uzatmağı nəzərdən keçirir.

Xəbərdə qeyd olunub ki, komandanın baş məşqçisi Massimiliano Alleqri Modriçi əsas fiqurlardan biri hesab edir.

Modriç ötən yay azad agent kimi “Milan”a qoşulub və 2026-cı il iyunun 30-dək nəzərdə tutulan müqaviləyə imza atıb.

Qeyd edək ki, yayda "Real"dan ayrılaraq "Milan"a keçən futbolçu bu mövsüm bütün turnirlərdə 12 oyunda meydana çıxıb, 1 qol vurub və 2 məhsuldar ötürmə verib. Onun sözləşməsi mövsümün sonuna qədərdir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью